İranlı qadın veteranlar arasında atletika turnirində bürünc medal qazanıb
İyul 04, 2022 09:17 Asia/Baku
-
İranlı qadın veteranlar
İranlı qadın veteranlar arasında atletika üzrə dünya çempionatı turnirində 10 kilometr məsafəyə yürüşdə bürünc medal qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Finlandiyanın Tampere şəhərində keçirilən veteranlar arasında atletika üzrə dünya çempionatının davamında iranlı qadın atlet Mərziyə Təngistani 60 yaşdan yuxarı yaş qrupunda 10 kilometr məsafəyə yürüşdə üçüncü olub və bürünc medalı qazanıb.
Veteranlar arasında atletika üzrə dünya çempionatı yarışlarında 22 atlet iştirak edir.