Əmir Abdullahian: Razılaşma yalnız qarşılıqlı anlaşma və maraqlar əsasında mümkündür
https://azeri.sahartv.ir/news/İran-i390832-Əmir_abdullahian_razılaşma_yalnız_qarşılıqlı_anlaşma_və_maraqlar_əsasında_mümkündür
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullaiyan Tvitter hesabında Avropa Avropa Birliyinin Xarici Siyasət rəsmisi Cozep Borrel ilə telefon danışığı brədə yazıb: "Razılaşma yalnız qarşılıqlı anlaşma və qarşılıqlı fayda ilə mümkündür".
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 06, 2022 06:36 Asia/Baku
  • Əmir Abdullahian: Razılaşma yalnız qarşılıqlı anlaşma və maraqlar əsasında mümkündür

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullaiyan Tvitter hesabında Avropa Avropa Birliyinin Xarici Siyasət rəsmisi Cozep Borrel ilə telefon danışığı brədə yazıb: "Razılaşma yalnız qarşılıqlı anlaşma və qarşılıqlı fayda ilə mümkündür".

SəhərAzəri-nin məlumatına əsasən, Vyana danışıqlarında İranın danışıqlar qrupunun təşəbbüsləri sayəsində müəyyən irəliləyişlər əldə edilmişdi, lakin qərb tərəflərinin, xüsusən də Co Bayden administrasiyasının ABŞ-ın əvvəlki  hökumətinin qanunsuz hərəkətlərini kompensasiya etmək üçün yubatmaları və maksimum təzyiq kampaniyasını davam etdirməsi, ABŞ-ın nüvə anlaşmasına qayıtmaqda ciddiliyi ilə bağlı şübhələr yaratdı və danışıqlar prosesinin uzanmasına səbəb oldu.

Hüseyn Əmir Abdullahian öz tvitində İranın güclü və qalıcı razılaşma üçün danışıqlara hazır olduğunu vurğulayıb və deyib: "ABŞ qərar verməlidir ki, sazış istəyirmi, yoxsa öz birtərəfli tələblərində israrlı qalacaq. Bu iki şeyi bir yerdə etmək mümkün deyil".