Xəzərdə "Davamlı Təhlükəsizlik 1401" adlı dəniz təlimləri keçirilib
https://azeri.sahartv.ir/news/İran-i390944-xəzərdə_davamlı_təhlükəsizlik_1401_adlı_dəniz_təlimləri_keçirilib
İran İslam Respublikası ordusu sülh və dostluq müraciəti ilə cümə günü Xəzər dənizində "Davamlı Təhlükəsizlik 1401" adlı dəniz təlimləri keçirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 09, 2022 06:33 Asia/Baku
  • Xəzərdə

İran İslam Respublikası ordusu sülh və dostluq müraciəti ilə cümə günü Xəzər dənizində "Davamlı Təhlükəsizlik 1401" adlı dəniz təlimləri keçirib.

İran Ordusunun Hərbi Dəniz Qüvvələri komandanının müavini Həmzə Əli Kaviani bildirib ki, İran hər il Xəzər dənizində “Davamlı Təhlükəsizlik” təlimləri keçirir və qeyd edib ki, bu ilki təlimlərdə raket daşıyan gəmilər, helikopterlər və pilotsuz uçuş aparatlar, elektronik müharibə sistemləri, dəniz piyadaları iştirak edir.

Onun sözlərinə görə, hər il keçirilən təlimlərin məqsədi hərbi birləşmələrin qarşılıqlı fəaliyyətini işləyib hazırlamaq və təcrübə mübadiləsi aparmaqdır. Təlimlər parallel olaraq quru, dəniz və havada keçirilib

Kaviani Xəzəri qonşu ölkələr arasında sülh və dostluq dənizi adlandırıb və qeyd edib ki, İran Xəzər dənizində təhlükəsizliyin pozulmasına  yol verməyəcək.