Bütün İranda Qurban bayramı namazı qılınıb
İyul 10, 2022 09:02 Asia/Baku
Mömin xalqın geniş iştirakı ilə paytaxt Tehran şəhəri də daxil olmaqla bütün İranda səadətli Qurban bayramı namazı qılınıb.
Tehranda səadətli Qurban bayramı namazı imamcümələrin məsələri üzrə siyasət şurasının sədri və Tehranın müvəqqəti imamcüməsi höccətülislam Məhəmməd Cavad Hacı Əli Əkbərinin imamətilə İmam Xomeyni(r.ə.) müsəllasında qılınıb.
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi, İranın məhkəmə hakimiyyətinin sədri Qulamhüseyn Mohseni-Ejeyi də Tehranda keçirilən Qurban bayramı namazı mərasimində iştirak ediblər.
Mərasimdə duaoxuma, dini nəğmələrin oxunması və namazqılanlar üçün nəzərdə tutulan digər tədbirlər də keçirilib.