İranın riyaziyyat üzrə olimpiada komandasının müvəffəqiyyəti
https://azeri.sahartv.ir/news/İran-i391163-İranın_riyaziyyat_üzrə_olimpiada_komandasının_müvəffəqiyyəti
İran İslam Respublikasının riyaziyyat üzrə olimpiada komandası 63-cü beynəlxalq olimpiadada üç qızıl və üç gümüş medal almağa müvəffəq olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2022 09:39 Asia/Baku
  • olimpiad
    olimpiad

İran İslam Respublikasının riyaziyyat üzrə olimpiada komandası 63-cü beynəlxalq olimpiadada üç qızıl və üç gümüş medal almağa müvəffəq olub.

SəhərAzəri-nin məlumatına əsasən, İranlı olimpiadaçılar yüz dörd ölkə arasında səkkizinci pillədə qərarlaşıblar.

Riyaziyyat üzrə 63-cü beynəlxalq olimpiada cari ayda Norveçin paytaxtı Oslo şəhərində keçirilib.

İranlı məktəblilər- Mehran Təlayi-Xace Rustayi, Sina Əzizəddin və Purya Mahmudxan-Şirazi qızıl, Əmir Məhəmməd Bəndəri-Masulə, Danyal Pərniyan və Seyid Mobin Rəzəvi isə gümüş medal əldə ediblər.

Yüz dörd ölkənin iştirakı ilə keçirilən olimpiadada Çin, Cənubi Koreya və ABŞ komandaları birincidən üçüncüyədək olan yerləri tutublar.

İran İslam Respublikası komandası isə bu elmi tədbirdə Yaponiya komandası ilə səkkizinci yeri bölüşübdür.