Qədiri-Xum bəşəriyyət tarixinin müstəsna məsələsidir
https://azeri.sahartv.ir/news/İran-i391181-qədiri_xum_bəşəriyyət_tarixinin_müstəsna_məsələsidir
Tehranın cümə namazı xitabətçisi deyib ki, Qədiri-Xum bəşəriyyət tarixinin müstəsna məsələsidir və Allah-Taala heç bir hadisəyə Qədir qədər önəm verməyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2022 15:18 Asia/Baku
  • Qədiri-Xum bəşəriyyət tarixinin müstəsna məsələsidir

Tehranın cümə namazı xitabətçisi deyib ki, Qədiri-Xum bəşəriyyət tarixinin müstəsna məsələsidir və Allah-Taala heç bir hadisəyə Qədir qədər önəm verməyibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam Kazım Seddiqi Tehranın cümə namazı xütbələrində əlavə edib: Qədir İslamın ictimailiyinin nişanəsi, islami cəmiyyətin yol xəritəsidir və islami cəmiyyət üçün gələcəyə baxışı gündəmdə yerləşdirib.

Höccətülislam Seddiqi əlavə edib: Təqva dünya və axirətin dayağıdır. Qurani-Kərimdə deyilir ki, hər kəs Allah-Taala ilə hörmət saxlayarsa, Allah-Taala çıxılmazlıqları onun qarşısından götürər.

Tehranın cümə namazı xitabətçisi həmçinin islami hicabın qorunmasını İran xalqının tələbi adlandırıb. Qeyd edib ki, hicab qadınlar üçün ləyaqət, şərəf və dəyərdir.

Höccətülislam Seddiqi söyləyib: Qadınların hicabı ruhani libası kimi olub, dini təbliğ edir. Buna görə, hicab, təcrid demək deyildir.