Hər adda olursa-olsun, terrorizmlə mübarizə etmək lazımdır
https://azeri.sahartv.ir/news/İran-i391325-hər_adda_olursa_olsun_terrorizmlə_mübarizə_etmək_lazımdır
İran İslam Respublikasının prezidenti deyib: Terrorizmin müxtəlif adları ola bilər, amma hər adda olursa-olsun, terrorizmlə mübarizə etmək lazımdır ki, ölkələr və sərhədlərin təhlükəsizliyi təmin edilmiş olsun.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2022 13:53 Asia/Baku
  • Hər adda olursa-olsun, terrorizmlə mübarizə etmək lazımdır

İran İslam Respublikasının prezidenti deyib: Terrorizmin müxtəlif adları ola bilər, amma hər adda olursa-olsun, terrorizmlə mübarizə etmək lazımdır ki, ölkələr və sərhədlərin təhlükəsizliyi təmin edilmiş olsun.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında əlavə edib: Şübhəsiz, Ərdoğanın İrana səfəri iki ölkə arasındakı əlaqələr səviyyəsinin yüksəlişində bir dönüş nöqtəsi olacaq.

Rəisi əlavə edib: Mövcud imkanlara əsasən, iki ölkənin həmkarlıqları daha yüksək səviyyədə formalaşa bilər.

İran İslam Respublikasının prezidenti Tehran və Ankaranın təhlükəsizlik sahəsindəki həmkarlıqları barədə də deyibdir ki, sərhəd təhlükəsziliyinə Tehran və Ankara tərəfindən təkid olunur və terrorizm, narkotik maddələr və mütəşəkkil cinayətlərlə mübarizə etmək lazımdır.