Putin Rəisi ilə görüşüb +VİDEO
https://azeri.sahartv.ir/news/İran-i391327-putin_rəisi_ilə_görüşüb_vİdeo
Bu gün günortadan sonra Tehranın Mehrabad hava limanına daxil olan Rusiya prezidenti Vladimir Putin Sədabad sarayında İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyul 19, 2022 14:15 Asia/Baku
  • Putin Rəisi ilə görüşüb +VİDEO

Bu gün günortadan sonra Tehranın Mehrabad hava limanına daxil olan Rusiya prezidenti Vladimir Putin Sədabad sarayında İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

Görüşdə prezidentlər müxtəlif sahələr o sıradan energetika, tranzit və ticarət sahələrind iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsini müzakirə ediblər.

Rəisi ilə Putin arasında danışıqlardan sonra hər iki ölkə prezidenti islam inqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin görüşündə gediblər.

Vladimir Putin Suriyada sülh prossesinə təminat verən İran, Türkiyə və Rusiyadan ibarət ölkələrin 3-cü sammit iclasında iştirak edəcək. Bu ölkələrin 1-ci və 2-ci sammit iclasları Rusiyanın Soçi və Türkiyə paytaxtı Ankarada keçirilmişdir.

Bu üçtərəfli iclasda Seyid İbrahim Rəisi, Rəcəb Təyyib Ərdoğan və Vladimir Putin Suriyada baş verən son hadisələri, İŞİD və PKK terrorizmi ilə mübarizə və suriyalı didərginlərin öz yurd-yuvalarına qayıtması kimi mövzuları müzakirə edəcəklər.