Kürdüstan; İslam birliyinin gerçəkləşməsinin simvolu
İslami Məzhəblərin Yaxınlaşması üzrə Ümumdünya Assambleyasının baş katibi İranın qərbində yerləşən Kürdüstanı İslam birliyinin gerçəkləşməsinin simvolu adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Həmid Şəhriyari Sənəndəcdə keçirilən İslam Birliyinin ilk regional toplantısında etdiyi çıxışda deyib: Bu konfransın əsas mesajı simvilizasiyadır və bu gün İran Kürdüstanı 40 ildən sonra etnosların və hətta məzhəblərin dinc yanaşı yaşamasının simvolu kimi təqdim edilib və şiələr, sünnilər və İranın etnik qrupları və digər dinlər sülh və dostluq şəraitində birlikdə yaşayırlar.
İslami Məzhəblərin Yaxınlaşması üzrə Ümumdünya Assambleyasının baş katibi qeyd edib ki, bu gün Amerikanın təktərəfliliyi və liberal dəyərləri NATO həmrəyliyi ilə çökməkdədir. Hansı ki, onun başlanğıcı İran, İraq və Suriyanın əməkdaşlığı ilə İŞİD-in dağıdılması ilə oldu.