İranın xarici siyasəti dinamik diplomatiya və sayıqcasına anlaşmaya əsaslanır
https://azeri.sahartv.ir/news/İran-i391406-İranın_xarici_siyasəti_dinamik_diplomatiya_və_sayıqcasına_anlaşmaya_əsaslanır
İranın xarici işlər naziri bildirib ki, İranın on üçüncü dövlətinin xarici siyasəti müvazinətli xarici siyasətə, dinamik diplomatiyaya və sayıqcasına anlaşmaya əsaslanır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2022 08:33 Asia/Baku
  • Hüseyn Əmir-Abdullahian
    Hüseyn Əmir-Abdullahian

İranın xarici işlər naziri bildirib ki, İranın on üçüncü dövlətinin xarici siyasəti müvazinətli xarici siyasətə, dinamik diplomatiyaya və sayıqcasına anlaşmaya əsaslanır.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən gecə İranın birinci telekanalında söhbət edən Hüseyn Əmir-Abdullahian bəyan edib ki, İran dövlətinin xarici siyasətinin başlıca prioriteti, qonşularla daha çox əməkdaşlıq və anlaşmadır. O, əlavə edib: Asiya cari əsrdə yeni meydana gəlmiş fenomen kimi bir çox imkanlara malikdir ki, onun bir hissəsi qonşulara şamil olur.

Əmir-Abdullahian həmçinin İranın ticarət mübadilələrinin həcmindən danışıb: Bəzi sahələrdə ən aşağı halda 36, ən yuxarı halda isə 570 faiz ticarət mübadilələri həcminin artmasının şahidi olmuşuq. Buna görə də dövlətdə valyuta əldəetmə sahəsində özəl sektor da daxil olmaqla, iqtisadi müəssisələr və nazirliklər üçün zəmin yarada bilmişik.

İranın xarici işlər naziri Ukrayna müharibəsi və böhranı və onun beynəlxalq şəraitə təsiri haqqında danışarkən əlavə edib: Ukraynada müharibə və böhranla bağlı hadisələrdən və dünyada kovid-19-un nəticələri ilə bağlı hadisələrdən sonra enerji və ərzaq təhlükəsizliyi iki məsələ kimi, dünyada və bölgəmizin bəzi hissələrində yaranan ciddi nigaranlıqlardır; hər iki sahədə İran üstün mövqedədir.

Əmir-Abdullahian əlavə edib: Enerji məsələsində biz region və dünyada böyük neft və qaz ehtiyatlarının sahiblərindən biriyik. Ərzaq təhlükəsizliyi məsələsində isə İranın tranzit marşrutu çox yaxşı imkan yaradıbdır.