Rəşt-Astara dərmiryolunun inşası sürətləndirilir
https://azeri.sahartv.ir/news/İran-i391411-rəşt_astara_dərmiryolunun_inşası_sürətləndirilir
İran şimal-cənub dəhlizinin Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi üçün yatırım edənlərin tapıldığı və müvafiq razılaşmanın əldə edildiyini bildirib. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkə mətbuatına bildirib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 22, 2022 09:19 Asia/Baku
  • Rəşt-Astara dərmiryolunun inşası sürətləndirilir

İran şimal-cənub dəhlizinin Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi üçün yatırım edənlərin tapıldığı və müvafiq razılaşmanın əldə edildiyini bildirib. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkə mətbuatına bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Əmir Abdullahiya İranın Xəbər telekanalının “İlk sıra” verilişində şimal-cənub dəhlizinin Rəşt-Astara hissəsində relslərin tezliklə yerləşdiriləcəyini bildirib.

“Xoşbəxtlikdən, şimal-cənub tranzit xəttini başa çatdırmaq üçün Rəştlə Astara arasında qalan hissə üçün investor tapa bildik və prezidentin özü də bu məsələ ilə maraqlanmaqdadır. Bizə kömək edə biləcək ölkələrlə bu məsələni irəli aparırıq və biz bunu son həftələrdə yekunlaşdıra bildik”, deyə o bildirib.

O əlavə edib: “Ümid edirik ki, tezliklə biz Astara - Rəşt dəmir yolu xəttinin relslərinin yerləşdirilməsinin başlanacağını görəcəyik və bu marşrut tam birləşmiş dəmir yolu marşrutuna çevriləcək.”