«Səhər» beynəlxalq telekanalının mükafatı şəhid Əlmühəndisin ailəsinə təqdim edilib
https://azeri.sahartv.ir/news/İran-i391425-səhər_beynəlxalq_telekanalının_mükafatı_şəhid_Əlmühəndisin_ailəsinə_təqdim_edilib
«Səhər» beynəlxalq telekanalı «Əl-Qədir festivalında ən yaxşı sənədli film mükafatını şəhid Əbu-Mehdi Əlmühəndisin ailəsinə təqdim edib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 22, 2022 15:57 Asia/Baku
  • «Səhər»
    «Səhər»

«Səhər» beynəlxalq telekanalı «Əl-Qədir festivalında ən yaxşı sənədli film mükafatını şəhid Əbu-Mehdi Əlmühəndisin ailəsinə təqdim edib.

SəhərAzəri-nin məlumatına əsasən, «Səhər» beynəlxalq telekanalının istehsal etdiyi sənədli filmlərdən olan «Jian» filmi 13-cü «Əl-Qədir festivalı»nda tədqiqat mehvərli ən yaxşı sənədli proqram mükafatının laureatı olmuşdu ki, mükafat bu telekanalın yaradıcılıq direktoru tərəfindən təhvil alınarkən o, mükafatı şəhid Əbu-Mehdi Əlmühəndisin ailəsinə təqdim edib.

Bu proqram kürd bir qadının təvəllüddən orta yaşlarınadək keçən həyat tərzini göstərir.

20 dəqiqə ərzində sözsüz film səhnələrinə istinadla kürd icmasının mədəniyyət adət-ənənələrinin göstərilməsi,

bu sənədli filmin başlıca mehvərlərindəndir.

Əl-Qədir festivalı İraqın paytaxtı Bağdad şəhərində keçirilib.