Əmir Abdullahian İran-Azərbaycan əlaqələrinin inkişafını vurğulayıb
https://azeri.sahartv.ir/news/İran-i391495-Əmir_abdullahian_İran_azərbaycan_əlaqələrinin_inkişafını_vurğulayıb
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşündə İranın Azərbaycanla hərtərəfli əlaqələri inkişaf etdirmək iradəsini vurğulayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 25, 2022 08:09 Asia/Baku
  • Əmir Abdullahian İran-Azərbaycan əlaqələrinin inkişafını vurğulayıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşündə İranın Azərbaycanla hərtərəfli əlaqələri inkişaf etdirmək iradəsini vurğulayıb.

SəhərAzəri-nin məlumatına görə, İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi bazar günü axşam saatlarında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb və çalışdığı ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı hesabat təqdim edib.

Görüşdə Əmir Abdullahian qonşu dövlətlərlə, xüsusən də müsəlman ölkələri ilə əlaqələrin vacibliyinə toxunaraq, İranın Azərbaycan Respublikası ilə hərtərəfli əlaqələrə və əməkdaşlıq etməyə tərəfdar olduğunu vurğulayıb və lazımi tapşırıqları verib.