Şiraz aviabazasında SEPAH-ın döyüş təyyarəsi qəzaya uğrayıb
https://azeri.sahartv.ir/news/İran-i391813-Şiraz_aviabazasında_sepah_ın_döyüş_təyyarəsi_qəzaya_uğrayıb
İranın Fars vilayətində İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-a məxsus Suxoy SU-22 tipli döyüş təyyarəsi qəzaya uğrayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 03, 2022 14:53 Asia/Baku
  • Şiraz aviabazasında SEPAH-ın döyüş təyyarəsi qəzaya uğrayıb

İranın Fars vilayətində İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-a məxsus Suxoy SU-22 tipli döyüş təyyarəsi qəzaya uğrayıb.

SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən açıqlamaya görə, Suxoy Su- 22 təyyarəsi çərşənbə günü səhər Şiraz Hava Bazasında havaya qalxarkən texniki nasazlıq yaranıb və pilotlar özlərini təyyarədən atmaq məcburiyyətində qalıblar".

Şiraz aviabazasında baş verən qəzada təyyarə uçuş-enmə zolağından çıxıb.

Ejeksiyon oturacaq sistemindən istifadə edən pilotların qəzadan sağ çıxdıqları açıqlanıb.