Baqiri-Mora müzakirələrinin 2-ci etapı keçirilib
https://azeri.sahartv.ir/news/İran-i391872-baqiri_mora_müzakirələrinin_2_ci_etapı_keçirilib
İran İslam Respublikasının müzakirə komandasının baş üzvünün Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini ilə müzakirələrinin ikinci etapı dünən axşam baş tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2022 13:01 Asia/Baku
  • Baqiri-Mora müzakirələrinin 2-ci etapı keçirilib

İran İslam Respublikasının müzakirə komandasının baş üzvünün Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini ilə müzakirələrinin ikinci etapı dünən axşam baş tutub.

İran İslam Respublikasının müzakirə heyəti dünən Əli Baqirinin başçılığı altında sanksiyaların aradan qaldırılması üzrə müzakirələri davam etdirmək üçün Avstriyanın paytaxtı Vyanaya daxil olub.

Baqiri dünən axşam ayrıca şəkildə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Enrike Mora və Avstriyanın xarici işlər naziri əvəzi Piter Lavenski-Tifenthal ilə görüşüb.

Enrike Mora da dünən bir dəfə Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali ilə görüşüb.

İran ilə digər tərəflər arasındakı dialoqlar müxtəlif formatlarda həyata keçirilməkdədir.