Zəncanın böyük hüseyniyyəsində əzadarlıq
Avq 06, 2022 15:52 Asia/Baku
Məhərrəm ayının səkkizinci gecəsilə bir zamanda, Zəncanın böyük hüseyniyyəsində Hüseyn zəvvarlarının geniş iştirakı ilə İmam Hüseyn əleyhissalam əzadarlığı mərasimi keçirilib.
Matəm saxlayanlar dünya şiələrinin üçüncü imamının şəhadətinin matəmində sinə vurublar.
Bu əzadarlıq İmam Hüseyn əleyhissalam aşiqlərinin geniş iştirakı ilə hər il məhərrəm ayının səkkizinci gecəsində keçirilir və İranın mənəvi irsi kimi milli qeydiyyatdan keçib.
Zəncanın böyük hüseyniyyəsində keçirilən İmam Hüseyn əleyhissalam əzadarlığı mərasimində iştirak edənlər hər il qurban edilmək üçün bir neçə min baş,/ qoyun və malı bu hüseyniyəyə bağışlayırlar. Bu hüseyniyyə Mina dağından sonra müsəlmanların ikinci qurban məkanıdır.