Vyana müzakirələri; Mora nikbindir, İran isə ciddi
https://azeri.sahartv.ir/news/İran-i391915-vyana_müzakirələri_mora_nikbindir_İran_isə_ciddi
Vyana müzakirələrinin ikinci günü İranın baş müzakirəçisinin Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini və nüvə anlaşmasının bərpası üzrə danışıqların koordinatoru ilə Vyananın Koburq otelində keçirilən görüşü ilə başa çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2022 16:02 Asia/Baku
  • Vyana müzakirələri; Mora nikbindir, İran isə ciddi

Vyana müzakirələrinin ikinci günü İranın baş müzakirəçisinin Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini və nüvə anlaşmasının bərpası üzrə danışıqların koordinatoru ilə Vyananın Koburq otelində keçirilən görüşü ilə başa çatıb.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini və nüvə anlaşmasının bərpası üzrə danışıqların koordinatoru Enrike Mora İranın baş müzakirəçisi Əli Baqiri ilə görüşməzdən öncə Rusiyanın nüvə anlaşmasının bərpası müzakirələrindəki nümayəndəsi Mixail Ulyanovla söhbət edib və cümə günü gecə jurnalistlərin danışıqlar prosesi haqdakı suallarına cavabda nüvə anlaşmasının bərpası müzakirələrinə nikbin olduğunu deyib.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini jurnalistlərin “Bəzi mənbələr nüvə anlaşması müzakirələrinin nəticəyə çatması üçün 72 saatlıq yekun tarixin təyin edilməsindən xəbər veriblər” sualının cavabında deyib ki, bu xəbəri Blumberq informasiya agentliyində görüb və bunu hansı kəsin dediyini bilmir.

Vyana müzakirələrində iştirak edən bəzi diplomatlar da İran-Press müxbiri ilə müsahibələrində deyiblər ki, hələ danışıqların bu mərhələsinin nə qədər sürəcəyini bilmirlər.

Digər tərəfdən, bəzi jurnalistlər danışıqların bu raundunun ehtimal üzrə bazar günü başa çatacağını proqnozlaşdırırlar.

Belə bir halda, ötən iki gün ərzində İran komandasının Avropa Birliyi, Çin və Rusiya tərəflərilə sıx dialoqları bir neçə dəfə və ikitərəfli formada həyata keçirilib.

Zahirən danışıqlarda bir neçə məsələ nəzərdən keçirilir. Bu məsələlərdən biri, İranın nüvə anlaşmasından kəsb edə biləcəyi iqtisadi mənafe ilə bağlıdır.

Tehran bu qənaətdədir ki, iqtisadi məsələ dayanıqlı olmalıdır və bu məqsədlə İranın xarici tərəflərlə iqtisadi əməkdaşlığı sahəsində zəmanətlərin təqdiminə ehtiyac duyulur.

Başqa bir məsələ isə, İran ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında mövcud olan beynəlxalq hüquqda qarantla bağlıdır.