Vyana danışıqları .. Son düyün həll olunacaqmı? TƏHLİL
İranın tələb etdiyi təminatlar məsələsi nüvə sazişindən ayrıca məsələ və ya onun çərçivəsindən kənar əlavə tələb deyil, çünki 2015-ci ildə nüvə sazişinin mətnində Beynəlxalq Atom Enerjisi Agentliyi də İranın nüvə proqramına qarşı iddialara son qoymaq üçün siyasi öhdəlik götürüb.
Nüvə sazişinin bərpasına yönəlmiş İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqların yeni mərhələsi İran, Rusiya, Çin, Amerika və Avropa Birliyinin nümayəndəsinin iştirakı ilə ötən çərşənbə günündən Avstriyanın paytaxtı Vyanada başlayıb.
Danışıqların bu raundu bir neçə ay fasilədən və İran və ABŞ arasında Qətərin paytaxtı Dohada dolayısı ilə keçirilən danışıqlardan sonra baş tutub. Yeni uraundda Avropa Birliyinin xarici siyasət üzrə rəhbəri Cozep Borrelin təklif etdiyi mətn və danışıqları yekunlaşdırmaq üçün İranın təqdim etdiyi forma və məzmun ideyaları əsas diqqət mərkəzindədir.
Qərb mediasının yaydığı məlumatların əksinə olaraq, İslam Respublikası İranın nüvə sazişindən faydalanmasına mane olan əvvəlki qalan məsələlərdən heç birini tərk etməyib və onlar hələ də İran nümayəndə heyətinin gündəmindədir və Tehranın təqdim etdiyi ideyalar İranın danışıqlardan gözlədiyini izləmək və əldə etmək üçün təklif edilib.
Bu kontekstdə, danışıqların bu raundunun ilk günündə İran nümayəndə heyəti bəzi qalan məsələlərlə bağlı fikirlərini qarşı tərəfə təqdim edib.
Gələcəkdə İrana təzyiq vasitəsinə çevriləcək heç bir məsələnin qalmamasının təmin edilməsi İran nümayəndə heyətinin vurğuladığı ən mühüm məsələlərdən biridir, yəni nüvə sazişinin ABŞ və Qərb tərəflərinin iddialarının girovuna çevrilməsi İslam Respublikası üçün qəbuledilməzdir. Hansı ki, bu iddiaların heç bir əsası yoxdur və yalnız İranın düşmənləri tərəfindən istədikləri zaman və heç bir beynəlxalq hüquqi çəkindirici maneə olmadan İrana qarşı təzyiq aləti kimi istifadə olunur.
Misal üçün; Həlli tamamilə nüvə sazişinə əsaslanan təminat məsələlərinə gəlincə, Qərb tərəfləri ötən fevral ayında öhdəliklər götürmüşdülər və həmin vədlərin üstündən 5 aydan çox vaxt keçməsinə baxmayaraq, bu tərəflər nəinki onları yerinə yetirməyiblər, hətta ironik olaraq, onlara tam əks yolu gedirlər.
Çox aydındır ki, qərblilərin razılaşmanı pozma davranışı onların ciddi, sabit və etibarlı razılaşma əldə etmək iddiasında ciddiliyin və çox niyyətin olmadığına dair şübhələri gücləndirir və onlar nəinki güclü bir razılaşmanın tələblərini qəbul etməyə hazır deyillər, həm də İranı böyük təzyiq altında saxlamağa və beynəlxalq arenada daha çox xal qazanmağa çalışırlar.
Vurğulamaq lazımdır ki, təminat məsələsi nüvə sazişindən ayrıca məsələ və ya onun çərçivəsindən kənar əlavə tələb deyil, çünki 2015-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi nüvə sazişi mətnində İranın nüvə proqramına qarşı iddiaların dayandırılmasını şərtləndirən siyasi öhdəlik də götürdü.
Məsələ burasındadır ki, qərb tərəfi hər cür hiylə ilə İranı sazişi qəbul etməyə məcbur etməyə çalışır, çünki İslam Respublikasının bu sazişdən tam şəkildə faydalanması məsələsi qeyri-müəyyən olaraq qalır və İrana qarşı zaman-zaman açıldığı iddia edilən işlərdən Beynəlxalq Atom Enerjisi Agentliyi kimi qurumlar tərəfindən sui-istifadə edilməyəcəyinə dair heç bir zəmanət yoxdur.
İranın bununla bağlı məntiqi də kifayət qədər aydındır və balanslaşdırılmış mübadilələrlə peşəkar danışıqlar prinsiplərinə əsaslanır ki, bu da təbii olaraq müsbət razılaşmaya gətirib çıxaracaq.
Əgər Qərb tərəfi güclü razılaşma əldə etməyə çalışdığını iddia edirsə, çoxtərəfli media ritorikasında deyil, yazılı təminatlar verməklə və onları praktikada həyata keçirməklə, məsuliyyətli davranışlar sərgiləyib, öz iradəsini nümayiş etdirməlidir.
Daha dəqiq desək, danışıqların Qərb tərəfi məsələləri həll etmək və İranı razılaşmanı qəbul etməyə məcbur etmək iddiasında olduğu halda, öz ambisiyalarını təmin etmək üçün başqa məsələləri girov götürüb, onlardan piyadalar kimi istifadə edə bilməz, çünki təcrübə göstərib ki, belə olan halda, onlar bu mərhələni keçdikdən sonra, ilk fürsətdə, yeni bir alət kökləyəcəklər və sonra necə ki, əvvəllər də baş verib, sanksiyaların ləğvinin effektivliyini azaltmaq üçün bütün vasitələrindən istifadə edəcəklər.
Lakin danışıqların bərpasından bəri aşkar fakt ondan ibarətdir ki, Ağ Ev indiyədək İran müzakirəçilərinin sanksiyaların ləğvi ilə bağlı sadə, lakin prinsipial məntiqini qəbul etməkdən imtina edib ki, bu da qarşı tərəfin (Amerikanın) ciddi olmadığının və mümkün razılığa gəldikdən sonra da sanksiyaları saxlamaq niyyətinin aydın göstəricisidir.
O da aydındır ki, hazırkı danışıqlarda hər hansı mümkün razılaşma bu, aşağıdakı iki məsələdən heç birinə gətirib çıxarmazsa; Yəni, "gələcəkdə İrana qarşı hər hansı təzyiq rıçaqlarının aradan qaldırılması" və "ticarət tərəfdaşlarını əmin etmək üçün sanksiyaların sabit və davamlı şəkildə ləğvi" və bu iki məsələnin əldə edilməməsinin İran xalqının maraqlarına zəmanət vermədiyini nəzərə alaraq, Tehranın hansısa razılaşma ilə razılaşmasına ehtiyac yoxdur.
Yuxarıda deyilənlərə görə və İran nümayəndə heyətinin Vyanada olması razılığa gəlmək məqsədi daşıdığından, əgər qarşı tərəfin razılığa gəlmək üçün real iradəsi olarsa, bu məsələ həll edilə bilər.