İran Almaniyaya etiraz etdi
İranın XİN sözçüsü: İslam müqəddəslərinə qarşı həqarət yolverilməzdir"
İran Almaniyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın Xarici İşlər Nazirliyi bir sıra islamofobun təxribat xarakterli hərəkətini və onların Almaniyanın Hamburq şəhərindəki İslam Mərkəzinin qarşısında Qurani-Kərimi təhqir etməsini və İslami müqəddəslərini aşağılamalarını qəti şəkildə pisləyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu barədə məlumat verib.
O deyib: "Bu mənfur hərəkət fitnə və nifrət yaymağın bariz nümunəsidir və bütün müsəlmanlar, təmiz vicdan sahibləri, birgəyaşayış və dinlərarası dialoqa inananlar tərəfindən şiddətlə qınanılır, belə kobud hərəkətlərin ağır nəticələri olacaq."
Hadisənin ardından Almaniyanın müvəqqəti işlər vəkilinin XİN-ə çağırıldığını deyən İran rəsmisi əlavə edib: "İslami müqəddəslərə qarşı bu cür cəsarət ifratçılıq, təkfirçi zorakılıq və İŞİD-in başqa bir üzüdür və ona qarşı güclü və çəkindirici addımlar atmaq insan haqları, azadlıq və demokratiya iddiasında olan hökumətlərin məsuliyyətidir...Biz Almaniyanın bu təhqiramiz hərəkətin səbəbkarları ilə bağlı dərhal, sərt və aydın şəkildə addım atmasını gözləyirik.”