İran və Azərbaycan arasında çoxşaxəli daşımalar inkişaf edir
https://azeri.sahartv.ir/news/İran-i392044-İran_və_azərbaycan_arasında_çoxşaxəli_daşımalar_inkişaf_edir
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri deyib: "İran və Azərbaycan Respublikası arasında avtomobil körpüsünün tamamlanması hər iki ölkədə biznesin və onlar arasında çoxşaxəli daşımaların inkişafına təkan verəcək".
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 10, 2022 14:59 Asia/Baku
  • İran və Azərbaycan arasında çoxşaxəli daşımalar inkişaf edir

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri deyib: "İran və Azərbaycan Respublikası arasında avtomobil körpüsünün tamamlanması hər iki ölkədə biznesin və onlar arasında çoxşaxəli daşımaların inkişafına təkan verəcək".

SəhərAzəri- "İRNA"nın məlumatına görə, İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi çərşənbə günü İran və Azərbaycan Astarası arasnda tikilməkdə olan avtomobil körpüsünə baxış keçirərkən qeyd edib ki, bu körpü 89 metr uzunluğunda və 30 metr enində iki ölkənin beynəlxalq tranzit avtomobil yoluna qoşulmaq məqsədilə Astaraçay sərhəd çayı üzərində tikilir. 

Musəvi əlavə edib ki, tezliklə İran və Azərbaycanın yol nazirləri bu layihələrin son vəziyyətini və iki ölkə arasında digər tranzit məsələlərini nəzərdən keçirmək üçün görüşəcəklər.

İranın Azərbaycandakı səfiri, həmçinin tranzit və gömrük məsələlərin nəzərdən keçirilməsi habelə Şimal-Cənub Qlobal Dəhlizinin marşrutlarının şaxələndirilməsi üçün yaxın gələcəkdə İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşün keçiriləcəyini bildirib.