Azadələr bəəs düşərgələrini Aşura maarifi məktəblərinə çevirdilər
https://azeri.sahartv.ir/news/İran-i392310-azadələr_bəəs_düşərgələrini_aşura_maarifi_məktəblərinə_çevirdilər
Tehranın müvəqqəti imamcüməsi deyib ki, azadələr əsirlik müddəti boyu bəəs düşərgələrini Aşura maarifi məktəblərinə çevirdilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2022 13:03 Asia/Baku
  • Azadələr bəəs düşərgələrini Aşura maarifi məktəblərinə çevirdilər

Tehranın müvəqqəti imamcüməsi deyib ki, azadələr əsirlik müddəti boyu bəəs düşərgələrini Aşura maarifi məktəblərinə çevirdilər.

SəhərAzəri-nin məlumatına əsasən, 1990-cu ilin avqustunda İslami İran, İraqın bəəs rejiminin qorxunc zindanlarında uzun illər əsirlikdən sonra İslami İran torpağına qədəm qoyan başıuca azadələrin iştirakının şahidi oldu.

Höccətülislam vəlmüslimin Seyid Məhəmmədhəsən Əbuturabifərd Tehranın buhəftəki cümə namazı xütbələrində 26 mordad- azadələrin islami vətənə daxil olmalarının ildönümü gününə işarə ilə, onu ölkə üçün böyük və qüdrətgətirən bir gün adlandırıb və belə əlavə edib: İslami İranın əziz övladları on il əsirlik dövründə müqəddəs müdafiə tarixində qızıl bir səhifə açdılar və sözün əsl mənasında, Aşuranı izzət və müqavimətə nail olmaq istiqamətində bir simvol və meyara çevirdilər.

Məhz Aşura, müqəddəs müdafiəni yaratdı- deyən Tehranın müvəqqəti imamcüməsi vurğulayıb: Aşura şəhidləri İran xalqına, həmçinin Suriya, İraq, Yəmən, Fələstin və Livanın fədakar döyüşçülərinə xitabən deyirlər ki, bu işi biz görmüşük və bu, fürsəti yaradan, Aşuranın böyük işi idi.

Höccətülislam vəlmüslimin Əbuturabifərd sonra azadələrin İraqın bəəs rejiminin əsirlik məkanlarında dözdükləri məsələ, problem, çətinlik və işgəncələrə toxunub. O, əsirlik müddətində əsirlərin birliyi və vəhdətinə səbəb olmuş başıuca azadə- Əbuturabinin müqaviməti və təvazökarlıqlarına işarə edib.

Tehranın müvəqqəti imamcüməsi buhəftəki cümə namazı xütbələrinin davamında 28 mordad hadisəsinin ildönümü gününə işarə ilə onu, Amerika Mərkəzi Kəşfiyyat İdarəsi və İngiltərənin kəşfiyyat xidmətlərinin idarəçiiliyi ilə formalaşan və İran xalqını 25 il Qərb düşərgəsindən asılı olan şahlıq diktaturasının çənginə salan, İranın siyasi tarixində biabırçı bir hadisə adlandırıb.