General Baqiri: Müdafiə sənayesi ölkənin milli gücünü artırıb
https://azeri.sahartv.ir/news/İran-i392373-general_baqiri_müdafiə_sənayesi_ölkənin_milli_gücünü_artırıb
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, İranın müdafiə qabiliyyətinin artması və inkişafı ölkənin qüdrətinin tərkib hissələrini yüksəldib və onun çəkindirici gücünü artırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 21, 2022 15:35 Asia/Baku
  • General Baqiri: Müdafiə sənayesi ölkənin milli gücünü artırıb

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, İranın müdafiə qabiliyyətinin artması və inkişafı ölkənin qüdrətinin tərkib hissələrini yüksəldib və onun çəkindirici gücünü artırıb.

SəhərAzəri-nin məlumatına əsasən, General-mayor Məhəmməd Hüseyn Baqeri Milli Müdafiə Sənayesi Gününün gəlib çatmasına işarə edərək, deyib: "Bu gün İslami İran, İslam İnqilabı məktəbinin yetirmələrinin inqilabçı və möcüzəvi əzm və iradəsi və daxili yaradıcı istedadların çiçəklənməsi ilə elə bir tərəqqi, inkişaf və iqtidar səviyyəsindədir ki, dünyanı heyrətlə onun özünün yaratdığı əzəmətini seyr etməyə vadar edib". 

Baş Qərargah rəisi əlavə edib: "İran ölkənin çəkindirmə gücünü möhkəmləndirməklə nəinki, düşmənləri ölkə və iranlılar haqqında hər hansı səhv hesablamalar aparmaqdan çəkindirib, həm də dünyanın üstün və etibarlı dövlətlərini İran İslam Respublikasının müdafiə sənayesinin nailiyyətlərindən bəhrələnməyə sövq edib".