İranın Şərqi Azərbaycan vilayətində bir milyard tonluq yeni mis yatağı kəşf edilib
https://azeri.sahartv.ir/news/İran-i392807-İranın_Şərqi_azərbaycan_vilayətində_bir_milyard_tonluq_yeni_mis_yatağı_kəşf_edilib
İranın milli mis sənayesi şirkətinin icraçı direktoru Şərqi Azərbaycan vilayətində bir milyard tonluq yeni mis yatağının kəşf edildiyini bildirib.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 04, 2022 11:54 Asia/Baku
  • İranın Şərqi Azərbaycan vilayətində bir milyard tonluq yeni mis yatağı kəşf edilib

İranın milli mis sənayesi şirkətinin icraçı direktoru Şərqi Azərbaycan vilayətində bir milyard tonluq yeni mis yatağının kəşf edildiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Şərqi Azərbaycan vilayətinin Vərziqan rayonunun yaxınlığındakı Süngün kəndində yerləşən dəyərli Süngün mis mədəni İranda ikinci mis istehsal edən mədəndir.

Əli Rüstəmi IRIB müxbiri ilə müsahibədə deyib: Süngün mis mədənində aparılan 28 min metrdən çox qazıntı zamanı yeni mənbələr əldə etmişik və bununla, mədənin ehtiyatları dörd milyard tondan beş milyard tondan yuxarıya çatıbdır.

İranın milli mis sənayesi şirkətinin icraçı direktoru əlavə edib: Yeni kəşf olunmuş mənbələrin iqtisadi dəyəri əlli milyard dollardan çoxdur və bu bölgədə İranın milli mis sənayesi şirkətinin inkişaf layihələrini tez bir zamanda həyata keçirməyə çalışırıq.