İİR Ordusunun quru qoşunlarının hərbi təlimləri başlanıb
İran İslam Respublikası Ordusunun quru qoşunlarının «Qüdrət-1401» hərbi təlimləri bu gün İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nəsrabad ümumi bölgəsində başlanıb.
SəhərAzəri-nin məlumatına əsasən, «Qüdrət-1401» hərbi təlimlərinin sözçüsü- ikinci dərəcəli briqada generalı Kərim Çeşək deyib: Bu təlimlər piyada, zirehli, artilleriya, quru qoşunlarının hava qüvvələri, pilotsuz təyyarələr, mühəndislik, hava-desant, elektronika müharibəsi bölmələrinin iştirakı və ordunun hərbi hava qüvvələrinin nəqliyyat təyyarələrinin himayəsi ilə iki gün müddətinə İsfahan vilayətinin Nəsrabad ümumi bölgəsində keçiriləcək.
İkinci dərəcəli briqada generalı Çeşək əlavə edib: İran İslam Respublikası Ordusunun quru qoşunlarının «Qüdrət-1401» hərbi təlimləri ordunun quru qoşunları bölmələrinin yeni təhdidlərlə mübarizədəki döyüş hazırlığı səviyyəsinin dəyərləndirilməsi və yüksəldilməsi məqsədi ilə həyata keçirilir.
Həmçinin Həzrət Xatəm-ül-Ənbiya (s.ə.s.) adına mərkəzi qərargahın komandanı general-mayor pasdar Qulaməli Rəşid İran İslam Respublikası Ordusunun quru qoşunları komandanlarının qarşıısında və quru qoşunlarının «Qüdrət-1401» hərbi təlimlərində sionist rejimin cinayətkar başçılarının sözləri, həmçinin İran İslam Respublikasının mənafeyi, milli təhlükəsizliyi və nüvə təsisatlarına qarşı təhlküəsizlik-hərbi addımlar atmaqla təhdid etmək məsuliyyətini öz üzərlərinə götürmələrinə işarə ilə bildirib ki, sionist rejim, İran İslam Respublikasının milli təhlükəsizliyinə qarşı bir təhdid kimi ön planda durur.
General-mayor pasdar Rəşid əlavə edib: İşğalçı sionist rejimin İranın mənafeyi və milli təhlükəsizliyinə qarşı hər hansı təhdidedici hərəkətləri Amerikanın koordinasiyası və himayəsi ilə həyata keçirilir və İranın silahlı qüvvələrinin bu təhdidlərə cavabı, qətiyyətli olacaq.