Bu gün, 17 şəhrivər qiyamının ildönümü günüdür
-
17 şəhrivər
Bu gün, səkkiz sentyabr, on yeddi şəhrivər, İranın inqilabçı xalqının Pəhləvi rejiminin məmurları tərəfindən 1978-ci ilin səkkiz sentyabrında kütləvi şəkildə qırğın edildiyi günə təsadüf edir.
SəhərAzəri-nin məlumatına əsasən, «Qara cümə» kimi tanınan 1978-ci ilin səkkiz sentyabr hadisəsi, İran İslam İnqilabının formalaşması gedişində baş verən bir hadisə olub, sonda əcənəbilərdən asılı Pəhləvi diktatura rejiminin 1979-cu ildə çökməsinə zəmin yaratdı.
Tehranın müdafiəsiz əhalisindən yüzlərlə nəfərin həmin gündə Pəhləvi rejiminin məmurları tərəfindən keçmiş Jalə, indiki Şəhidlər meydanında qırğın olunması, xalqın bu rejimə qarşı nifrətinin artması və ozamankı dövlət qulluqçularının etiraz və tətillərinin genişlənməsinə səbəb oldu.
İran İslam Respublikasının dahi banisi Həzrət İmam Xomeyni(r.ə.) bu faciədən sonra iki müraciətdə mübariz İran xalqına başsağlığı və qələbə müjdəsi verdi.
On yeddi şəhrivər qiyamının ildönümü günü mərasimi hər il İslami İranda keçirilir və İran İslam İnqilabı şəhidlərinin xatirələri yad edilir.