İran Albaniyanın hərəkətini pisləyib
-
Xarici İşlər Nazirliyi
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, iranlı diplomatların diplomatik hüquqları ilə bağlı, Vyana konvensiyasına və beynəlxalq hüquqlara zidd rəftarlar və bu hüquqların pozulmasından irəli gələn məsuliyyətlər, Albaniya hökumətinin üzərinə düşür.
SəhərAzəri-nin məlumatına əsasən, «Son zamanlar İran Albaniyadakı müəssisələrə qarşı kiber hücumu həyata keçirib» iddiası ilə dünən yeni bir ssenari ilə çıxış edən Albaniya hökuməti İranla diplomatik əlaqələri kəsib və İran səfirliyinin bütün diplomat və işçilərinə Albaniyadan çıxmaq göstərişi veribdir ki, bu da Amerika və İngiltərənin, eləcə də sionist mediaların rəğbətilə üzləşibdir.
Bunun qarşılığında İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Albaniya hökumətinin anti-İran hərəkətini pisləyib və bu ölkənin siyasi əlaqələri kəsmək barədəki qərarını düşünülməmiş bir addım adlandırıbdır.