Ərbəin yürüşü İslam bayrağını dalğalandırmaq üzrə Allah-Taalanın iradəsinin nişanəsidir
https://azeri.sahartv.ir/news/İran-i393255-Ərbəin_yürüşü_İslam_bayrağını_dalğalandırmaq_üzrə_allah_taalanın_iradəsinin_nişanəsidir
İslam İnqilabının Böyük Rəhbəri möcüzəli Ərbəin yürüşünü Əhli-Beyt İslamı bayrağını dalğalandırmaq üzrə Allah-Taalanın iradəsinin nişanəsi adlandırıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 17, 2022 09:54 Asia/Baku
  • Ərbəin yürüşü İslam bayrağını dalğalandırmaq üzrə Allah-Taalanın iradəsinin nişanəsidir

İslam İnqilabının Böyük Rəhbəri möcüzəli Ərbəin yürüşünü Əhli-Beyt İslamı bayrağını dalğalandırmaq üzrə Allah-Taalanın iradəsinin nişanəsi adlandırıblar.

SəhərAzəri-nin məlumatına əsasən,  İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün Hüseyn Ərbəini münasibətilə keçirilən tələbələrin əzadarlıq mərasimində əlavə ediblər: Möcüzəli Ərbəin yürüşü hadisəsi heç bir bəşəri tədbir və siyasət ilə reallaşa bilməz və bu, Allah-Taalanın əlidir ki, bu əzəmətli cilvə ilə, qarşımızda duran yolun aydın və gediləsi olduğunu müjdə verir.

Gənclərin pak və mömin ürəklərinin ilahi hidayətin artmasına, həmçinin dua və moizəyə keyfiyyət bəxş etməyə səbəb olduğunu bildirən Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Həzrət Seyyidüşşühədanın uca bayrağı olan Ərbəin mərasimi, bu il, tarixdəki hər bir dövrdəkindən daha əzəmətli keçirildi.

O həzrət gənclərə Hüseyni heyətlərə xüsusi ciddi-cəhd göstərməyi və gənclik dövrünün qədrini bilməyi tövsiyə edib və deyiblər: Heyətlər həm Əhli-Beytin xatirəsini yaşatmalıdır, həm də həqiqətlərin bəyan mərkəzi və bazası olmalıdırlar.

Həqiqətlərin qarşını alan quldurlar və bədxahların şövqdoğuran Ərbəin yürüşü kimi mühüm hadisələrə qarşı ardıcıl səylərinə toxunan Həzrət Ayətullahuluzma Xamenei hamıya öz vəzifəsini bilməyi tapşırıb və belə qeyd ediblər: Quranın iki həyati və ölməz cümləsi, yəni haqqa və səbrə tövsiyəsi, həmişəlik və xüsusən bu günümüz üçün əsaslı bir sərəncamdır.

O həzrət səbri, özünü çıxılmazlıqda görməmə, yorulmama və müqavimət mənasında adlandırıb və heyət və Quran gənclərinə deyiblər: Həm özünüz haqq yolunu gedin, həm də səy göstərin ki, universitet də daxil olmaqla müxtəlif mühitləri ilahi nura qərq etməklə başqaları da bu yola istiqamətlənmiş olsunlar.

Mərasimin əvvəlində əzadar tələbələr İslam İnqilabının Böyük Rəhbərinin hüzurunda müqəddəs Kərbəlanın zəvvarları ilə bir səslə «Ləbbeyk, ya Hüseyn!» nidası veriblər.