Mərhumə Əmininin ölümü diqqətlə təqib ediləcək
https://azeri.sahartv.ir/news/İran-i393332-mərhumə_Əmininin_ölümü_diqqətlə_təqib_ediləcək
İranın məhkəmə hakimiyyətinin sədri deyib ki, məhkəmə aparatı mərhumə Məhsa Əmininin ölümü məsələsini diqqətlə təqib edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2022 15:21 Asia/Baku
  • Mərhumə Əmininin ölümü diqqətlə təqib ediləcək

İranın məhkəmə hakimiyyətinin sədri deyib ki, məhkəmə aparatı mərhumə Məhsa Əmininin ölümü məsələsini diqqətlə təqib edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam Qulamhüseyn Mohseni-Ejeji bu orqanın ali şurasının iclasında mərhumə Məhsa Əmininin ailəsinə əminlik veribdir ki, analizin nəticələri əldə olunduqdan sonra araşdırma və təhqiqatın nəticəsi heç bir mülahizə edilmədən elan olunacaq.

İranın məhkəmə hakimiyyətinin sədri söyləyibdir ki, mərhumə Məhsa Əmininin ölümü məsələsinin araşdırılması istiqamətində tibbi ekspertiza təşkilatına bu mərhumənin ölümü məsələsini son dərəcə dəqiqliklə araşdırmaq barədə göstəriş verib.