İran və Fransa prezidentləri görüşüblər
https://azeri.sahartv.ir/news/İran-i393378-İran_və_fransa_prezidentləri_görüşüblər
İran və Fransa prezidentləri BMT Baş Assambleyası sessiyasının kənarında görüşüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2022 15:45 Asia/Baku
  • İran və Fransa prezidentləri görüşüblər

İran və Fransa prezidentləri BMT Baş Assambleyası sessiyasının kənarında görüşüblər.

SəhərAzəri-nin məlumatına əsasən, BMT Baş Assambleyasının yetmiş yeddinci sessiyasında iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyətilə Nyu-Yorkda səfərdə olan İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bu gün Fransa prezidenti Emmanuel Makronla görüşüb.

İran İslam Respublikasının prezidenti bundan öncə də Fransa prezidentilə telefon söhbətində ABŞ hökumətinin öhdəlikləri dəfələrlə və biabırçı tərzdə pozmasına, həmçinin nüvə anlaşmasına üzv üç Avropa ölkəsinin bu beynəlxalq anlaşçmadakı öhdəliklərinə sadiq qalmamasına işarə ilə demişdi ki, Amerika yeni sanksiyalar tətbiq etməklə öz öhdəliklərini aşkar surətdə pozubdur.

Həm Amerikanın, həm də avropalıların nüvə anlaşmasındakı öhdəliklərinə riayət etməli olduqlarını diqqətə çəkən Rəisi vurğulamışdı ki, hər bir müzakirədə İran xalqının hüquq və maraqları təmin edilməlidir.

İran prezidenti həmçinin SBS informasiya kanalının «Altmış dəqiqə» proqramı ilə müsahibədə demişdi: Yaxşı və ədalətli razılaşmaya nail olmaqda ciddiyik, amma Amerikanın bu anlaşmadan çıxa bilməyəcəyinə bir zəmanət mövcud olmalıdır.

Rəisi həmin müsahibədə vurğuladı ki, amerikalılar əhdi pozdular.