Razılaşma düyünü, düyünü vurmuş kəs tərəfindən açılmalıdır
İran İslam Respublikası prezidenti vurğulayıb ki; müzakirə üçün danışıqlarla deyil, məntiqli və ədalətli razılaşma və nəticəyə çatmaq məqsədilə danışıqlarla razıyıq. Qeyd edib ki, razılaşma düyünü, düyünü vurmuş kəs tərəfindən açılmalıdır.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Amerika xarici siyasət ekspertlərindən bir qrupu ilə görüşdə İranın, əcnəbilərin region məsələlərinə qarışmamalarına təkid etməsinin dəlillərindən biri barədə deyib: Əfqanıstan xalqının bugünkü durumu Amerikanın 20 ildən çox olan işğalı və müdaxiləsinin nəticəsidir və NATO qüvvələri bu ölkədədirlər.
Rəisi əlavə edib: İran İslam Respublikası nüvə anlaşmasından çıxmayıb və bu anlaşmadakı bütün öhdəliklərinə də əməl edibdir. Anlaşmadan çıxan, məhz Amerika və öz öhdəliklərini yerinə yetirməyən Avropa ölkələri olublar.
İran prezidenti söyləyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran İslam Respublikasının nüvə fəaliyyətlərinin agentliyin qaydalarından yayınmadığı və bu fəaliyyətlərin dinc məqsədli olduğunu indiyədək on beş dəfə vurğulayıbdır.
Rəisi deyib: İranın yerləşdiyi regionda bir neçə digər tərəf nüvə fəaliyyətləri və hətta atom silahlarının istehsalı ilə bağlı fəaliyyətlər göstərir, halbuki nə agentlik, nə də ki, dünyadakı iddialı ölkələr onara qarşı həssaslıq göstərmirlər.
İran prezidenti əlavə edib: Qərb ölkələri əgər demokratiyanı himayə barədəki iddialarında sadiqdirlərsə, yəhudi, xristian və müsəlman olmalarından asılı olmayaraq, bütün fələstinlilərin iştirakı ilə azad seçkilərin keçiriliməsinə şərait yaratsınlar ki, özləri öz taleləri üçün qərar çıxarmış olsunlar.
İran prezidenti Ukrayna döyüşlərinə də toxunub: İranın özü Amerikanın və avropalı ölkələrin himayələri və təhrikləri ilə bu ölkəyə icbar edilən səkkizillik müharibənin acı təcrübəsini keçib. Buna görə, bu döyüşlərin dərhal dayandırılması və vasitəçilik üçün özünün bütün imkanlarından istifadə edəcək.
Rəisi qərbli insan hüquqları iddiaçılarının meyarlarını ikili adlandırıb və söyləyib: İnsan hüquqlarını himayə iddiaçıları Amerikada və Qərb ölkələrində qadın və kişilərin polis qüvvələri tərəfindən öldürülmələri barədə rəsmi məlumat və xəbərlər qarşısında həssaslıq göstərmirlər.