İran hökumətinin internet saytlarına kiberhücumlar təkzib edilib
İranın Milli Kiber Məkan Mərkəz bildirib ki, İran hökumətinin internet saytlarına qarşı kiberhücumların həyata keçirilməsi xəbəri yalandır.
SəhərAzəri-nin məlumatına əsasən, bu yaxınlarda "Anonymous" adlı haker qrupu İranın bəzi hökumət mərkəzlərinin saytlarına, o cümlədən İslam Şurası Məclisi, İqtisadiyyat və Maliyyə Nazirliyi, Neft Nazirliyi və "Həmrahi Əvvəl" mobil operatorunun saytlarına qarşı kiberhücumlar həyata keçirdiyini iddia edib, hansı ki, İranın Milli Kiber Məkan Mərkəzinin ekspertləri tərəfindən aparılan araşdırmalardan sonra bu iddiaların doğru olmadığı müəyyən edilib.
İslam Şurası Məclisinin rəyasət heyətinin sözçüsü Seyid Nizaməddin Musəvi də deyib: "İslam Şurası Məclisinin rəsmi internet saytlarından hətta birinin belə sındırılması tamamilə yalandır".
Jurnalistlərin ixtiyarına verilməkdən əlavə, iki il əvvəldən deputatların ad və telefon nömrələri faylı da medialarda dərc edilib və bu fayl deputatlarla əlaqə saxlamaq və müvafiq tələbləri izləmək üçün bir çox qruplarda və sosial şəbəkələrdə dərc olunub.