Iranın Təhlükəsizlik Nazirliyi bəyanat verib
İranın Təhlükəsizlik(Ettelaat) Nazirliyi ölkədə baş verən son iğtişaşlarla bağlı bəyanat verib.
Bəyanatda son günlər ölkənin müxtəlif yerlərində baş verən hadisələrin aşkar və gizli cəhətərinə malik olduğu vurğulanır, İmam Zamanın(əc) əsgərlərinin ölkədə törədilən terror və təxribatların əsas ünsürlərinin müəyyənləşdirilərək həbs edilməsindəki əməliyyatlar və nailiyyətlərinə toxunulub.
Bəyanatda son günlər ərzində bu nazirlik tərəfindən münafiqlər qruplaşması ilə əlaqədə olan 49, Kürdüstan qruplaşmaları ünsürlərindən ibarət 77, təkfirçi-terrorçu qruplaşmaların üzvlərindən 5 , keçmiş şahlıq rejiminin ünsürləri və monarxiya tərəfdarlarından 92, Polşa, Almaniya, İtaliya, Fransa, Hollandiya, İsveç və sayir əcnəbi ölkə vətəndaşlarından iğtişaşları yönəldən ünsürlərdən ibarət 9 nəfərin həbs edildiyi bildirilir. BU XƏBƏR YENİLƏNƏCƏK