Sionist rejimin tarixi terror, qətli-am, işgəncə və uşaqların qırğın edilmələrilə doludur
https://azeri.sahartv.ir/news/İran-i393668-sionist_rejimin_tarixi_terror_qətli_am_işgəncə_və_uşaqların_qırğın_edilmələrilə_doludur
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Aparteid İsrail rejiminin tarixi terror, qətli-am, işgəncə və uşaqların qırğın edilmələrilə doludur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 30, 2022 16:38 Asia/Baku
  • Sionist rejimin tarixi terror, qətli-am, işgəncə və uşaqların qırğın edilmələrilə doludur

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Aparteid İsrail rejiminin tarixi terror, qətli-am, işgəncə və uşaqların qırğın edilmələrilə doludur.

Nasir Kənani-Çafi sionist rejimin uşaqöldürmələrinin davam etməsinə işarə ilə bir tvittdə yazıb: Muhəmməd Əldurrahdan tutmuş Riyan Süleymanadək aparteid İsrail rejiminin tarixi/ terror, qətli-am, işgəncə və uşaqların qırğın edilmələrilə doludur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Riyan və digər şəhid fələstinli uşaqlar/ yalançı insan hüquqları iddiaçıları və münasibətləri adiləşdirmə sükutunun qurbanlarıdırlar.

Sionist hərbçilərin Beyt-Ləhmin şərqində yerləşən Tuqu kəndinə qarşı basqını nəticəsində dünən Riyan Yasir Süleman adlı bir/ yeddi yaşlı fələstinli uşaq şəhid edilib.

Fələstinli mediaların bildirdiklərinə görə, fələstinli məktəblilərin sionist rejim qüvvələri tərəfindən təqib edilmələri nəticəsində bu uşaq qaçarkən hündür bir yerdən yerə yıxılıb və şəhid olubdur.

SİONİST REJİMİN TARİXİ TERROR, QƏTLİ-AM VƏ İŞGƏNCƏ İLƏ DOLUDUR