İranın şimal-qərbində zəlzələ baş verib
Okt 05, 2022 11:34 Asia/Baku
Bu gün İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərinin ətrafında Rixter şkalası ilə 5,4 bal gücündə yeraltı təkan baş verib. Nəticədə 235 nəfər bədən xəsarəti alıb.
İran Seysmologiya Mərkəzinin bildirdiyinə görə, zəlzələ bu gün səhər saat üç-əlli bir dəqiqədə,/ yerin on kilometr dərinliyində baş verib.
İran səhiyyə nazirliyinin təcili yardım üzrə sözçüsü Müctəba Xalidinin bildirdiyinə görə, zəlzələ baş verdikdən sonra 235 nəfər müalicə mərkəzlərinə müraciət edib. Onların əksəriyyəti səthi yaralar alıbmış. Bu şəxslər yeraltı təkandan qaçarkən zədələniblər.
İndiyədək Xoyda Rixter şkalası ilə dörd baldan aşağı gücdə olan iyirmi afterşok baş veribdir.
Teqlər