İran Azərbaycan Respublikası ilə münasibətləri genişləndirməyə hazırdır
İran İslam Respublikasının birinci vitse-prezidenti Azərbaycan Respublikasının baş nazirilə görüşdə Tehranın Bakı ilə münasibətləri genişləndirməyə hazır olduğunu vurğulayıb.
Məhəmməd Müxbir Əli Əsədovla görüşdə deyib: İran-Rusiya-Azərbaycan Respublikası üçtərəfli əməkdaşlıq sənədi qarşılıqlı əlaqələrin genişləndirilməsində təsirli rola malikdir.
İkinci Xəzər iqtisadi forumunun kənarında Əli Əsədovla görüşən Müxbir əlavə edib: İki ölkə əməkdaşlıqlarının nəqliyyat sahəsində genişləndirilməsi üçün geniş imkanlar var və Tehran Bakı ilə həmkarlıqlarını gücləndirməkdə qərarlıdır.
İranın birinci vitse-prezidenti söyləyib: İran və Azərbaycan Respublikasının dini və mədəni ortaqlıqları qarşılıqlı münasibətlərin inkişafının sürətlənməsinə zəmin yarada və iki ölkənin/ ticarət əməkdaşlıqlarında nəzərdə tutduğu hədəflərin reallaşmasına kömək edə bilər.
İran İslam Respublikası Azərbaycan Respublikasını öz qardaşı hesab edir- deyən Müxbir qeyd edib ki, qonşu ölkələrin sərhədləri İran üçün qırmızı xəttdir və bu sərhədlərin təhdid olunması qəbuledilməzdir.
Azərbaycan Respublikasının baş naziri də iki ölkənin səmimi və dostcasına əlaqələrinə toxunub. Bildirib ki, bu səmimi əlaqələr iki ölkə münasibətlərinin genişləndirilməsi üzrə proqramları sürətləndirə və bu münasibətləri gücləndirə bilər.