İran və Rusiyanın əcnəbinin valyutasına ehtiyacları yoxdur
https://azeri.sahartv.ir/news/İran-i393868-İran_və_rusiyanın_əcnəbinin_valyutasına_ehtiyacları_yoxdur
İran İslam Respublikasının birinci vitse-prezidenti Rusiya bölgələrinin başçıları ilə görüşdə deyib ki, iki ölkə ticarət mübadilələrində əcnəbinin valyutasından istifadə yerinə, öz milli valyutasından istifadə edə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2022 12:52 Asia/Baku
  • İran və Rusiyanın əcnəbinin valyutasına ehtiyacları yoxdur

İran İslam Respublikasının birinci vitse-prezidenti Rusiya bölgələrinin başçıları ilə görüşdə deyib ki, iki ölkə ticarət mübadilələrində əcnəbinin valyutasından istifadə yerinə, öz milli valyutasından istifadə edə bilər.

Məhəmməd Müxbir dünən axşam ikinci Xəzər iqtisadi forumunun kənarında Rusiya bölgələrinin başçıları və qubernatorları ilə fikir mübadiləsi yığıncağında qeyd olunan bölgələrdəki imkanları əməkdaşlıqlar səviyyəsinin yüksəlməsi istiqamətində faydalı və konstruktiv dəyərləndirib. Müxbir deyib: Rusiya bölgələri başçılarının məlumatları göstərir ki, iki ölkə arasında ticarət münasibətlərinin genişləndirilməsi əlçatan bir məsələdir.

İran İslam Respublikasının birinci vitse-prezidenti Rusiya bölgələrinin başçıları və qubernatorlarından istəyibdir ki. Öz məziyyət və imkanları ilə mütənasib şəkildə İran vilayətlərilə həmkarlıqların inkişafına zəmin yaratsınlar və oxşar məziyyət və imkanlara malik olan bu vilayətlərlə öz ticarət əlaqələrini genişləndirsinlər.

Müxbir deyib: İran və Rusiya iki dost və qonşu ölkə kimi ticarət mübadilələrində əcnəbinin valyutasından istifadə yerinə, öz milli valyutasından istifadə edə bilər.