Əmir Abdullahian: İran Ukrayna müharibəsi tərəflərinə heç bir silah verməyib
https://azeri.sahartv.ir/news/İran-i393969-Əmir_abdullahian_İran_ukrayna_müharibəsi_tərəflərinə_heç_bir_silah_verməyib
İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, Tehranın prinsipial mövqeyi Ukrayna müharibəsinin bitməsini sürətləndirmək üçün hər hansı tərəfi silahlandırmağa qarşı çıxmaqdır.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 10, 2022 11:32 Asia/Baku
  • Əmir Abdullahian: İran Ukrayna müharibəsi tərəflərinə heç bir silah verməyib

İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, Tehranın prinsipial mövqeyi Ukrayna müharibəsinin bitməsini sürətləndirmək üçün hər hansı tərəfi silahlandırmağa qarşı çıxmaqdır.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda Polşanın xarici işlər nazirinin müüavini ilə görüşdə Ukrayna məsələsinə toxunaraq, deyib: "İran İslam Respublikası Ukrayna müharibəsində heç bir tərəfə heç bir şəkildə silah verməyib".

Əmir Abdullahian, həmçinin müxtəlif sahələrdə İran-Polşa münasibətlərinin aktivləşdirilməsini alqışlayıb və ikitərəfli əlaqələrin artırılması üçün məhdudiyyətin olmadığını və hər iki ölkədə mövcud imkanlardan istifadə edilməsinin vacibliyini vurğulayıb.

Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski də İranın xarici işlər nazirinə İranın qarşılıqlı maraq doğuran məsələlərə baxışını izah etdiyinə görə təşəkkür edib və ölkəsinin ikitərəfli münasibətlər və mühüm regional və beynəlxalq məsələlərlə bağlı mövqeyini və fikirlərini açıqlayıb.