İran sərhədləri arxasında 3 min terrorçunun olmasına dözməyəcək
https://azeri.sahartv.ir/news/İran-i394139-İran_sərhədləri_arxasında_3_min_terrorçunun_olmasına_dözməyəcək
İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkənin şimal-qərbindəki terror təşkilatlarının vəziyyəti ilə bağlı deyib: "İran sərhədləri arxasında 3 min terrorçunun olmasına dözməyəcək".
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 16, 2022 10:10 Asia/Baku
  • İran sərhədləri arxasında 3 min terrorçunun olmasına dözməyəcək

İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkənin şimal-qərbindəki terror təşkilatlarının vəziyyəti ilə bağlı deyib: "İran sərhədləri arxasında 3 min terrorçunun olmasına dözməyəcək".

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri üç min terrorçunun İran sərhədlərinin arxasında bomba istehsalı mərkəzinin olmasının dözülməz olduğunu və İranın onlarla sərt şəkildə üzləşəcəyini bildirib.

General Məhəmməd Baqiri deyib: "Bu, köhnə məsələdir; Bu terror qruplaşmaları İslam İnqilabının əvvəlindən ABŞ və ölkənin digər düşmənlərinin köməyi ilə İraqın şimal bölgəsində yuva salıblar. Lakin son illərdə ABŞ-ın dəstəyi ilə bu terror təşkilatlarının bölgədəki bazaları İranın milli təhlükəsizliyini hədəf alan kompleksə çevrilib".

O bildirib ki, sionist İsrailin bu terro qruplarından bir neçəsini seçib, onlara təlim keçdiyi, daha sonra həmin şəxsləri İran daxilində terror əməliyyatları həyata keçirmək üçün göndərdiyi bir neçə hal var.

General-mayor Baqiri qeyd edib ki, əslində bu bölgələr sionistlərin bazası idi və bu bazalardan biri Ərbildə İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Hərbi Hava Qüvvələri tərəfindən hədəfə alınıb. 

İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bildirib ki, İslam Respublikası bununla bağlı dəfələrlə İraqın Kürdüstan bölgəsinə xəbərdarlıq edib və İraqın terrorçuların bu ölkə xalqına xidmət etmiş İran İslam Respublikasının milli təhlükəsizliyinə xələl gətirməsinə imkan verməsi məntiqli deyil.

İraq Kürdüstanının dəfələrlə İran hakimiyyətinə bölgədəki terror qruplarının hərəkətlərini dayandıracağına söz verib, lakin verdiyi vədlərə əməl etmədiyini deyən general Baqiri, əlavə edib: "Buna görə də bu terror təşkilatlarına qarşı mübarizə aparmağa qərar verdik və bu, BMT Nizamnaməsinə və özünümüdafiə hüququna əsaslanır".