SEPAH-ın Quru Qoşunları Araz bölgəsində hərbi təlim keçirəcək
https://azeri.sahartv.ir/news/İran-i394140-sepah_ın_quru_qoşunları_araz_bölgəsində_hərbi_təlim_keçirəcək
İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Quru Qoşunlarının yaxın günlərdə Şərqi Azərbaycan vilayətinin şimalındakı Araz bölgəsində təlim keçirəcəyi açıqlanıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 16, 2022 10:12 Asia/Baku
  • SEPAH-ın Quru Qoşunları Araz bölgəsində hərbi təlim keçirəcək

İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Quru Qoşunlarının yaxın günlərdə Şərqi Azərbaycan vilayətinin şimalındakı Araz bölgəsində təlim keçirəcəyi açıqlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, SEPAH-ın Quru Qoşunlarının komandanı briqada-generalı Məhəmməd Pakpur mövzu ilə bağlı verdiyi açıqlamada, deyib: "Qarşıdakı günlərdə SEPAH-ın Quru Qoşunları ölkənin şimal sərhədlərindəki Araz bölgəsinin ümumi ərazisində genişmiqyaslı hərbi təlim keçirəcək. Təlimə regional Aşura qərargahı komandanlıq edəcək". 

Məhəmməd Pakpur bildirib ki, hərbi təlim illik təqvimə uyğun olaraq, SEPAH-ın Quru Qoşunlarının döyüş hazırlığının artırılması və yoxlanılması məqsədilə keçirilir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları 100 mindən çox aktiv şəxsi ilə SEPAH-ın əsasını təşkil edən 5 alt qrupdan biridir.