Sepah-ın xüsusi təyinatlı qüvvələri Araz yüksəkliklərində hava-desant əməliyyatı keçiriblər
https://azeri.sahartv.ir/news/İran-i394233-sepah_ın_xüsusi_təyinatlı_qüvvələri_araz_yüksəkliklərində_hava_desant_əməliyyatı_keçiriblər
Sepah-ın xüsusi təyinatlı qüvvələri «Qüdrət» hərbi təlimlərinin üçüncü günündə düşmənin qovşaq yolları və yüksəkliklərini ələ keçirməyi məşq ediblər. Döyüş pilotsuzları da Araz bölgəsində xəyali düşmənin mövqelərini məhv etməyə müvəffəq olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2022 15:11 Asia/Baku
  • Sepah-ın xüsusi təyinatlı qüvvələri Araz yüksəkliklərində hava-desant əməliyyatı keçiriblər

Sepah-ın xüsusi təyinatlı qüvvələri «Qüdrət» hərbi təlimlərinin üçüncü günündə düşmənin qovşaq yolları və yüksəkliklərini ələ keçirməyi məşq ediblər. Döyüş pilotsuzları da Araz bölgəsində xəyali düşmənin mövqelərini məhv etməyə müvəffəq olublar.

SəhərAzəri-nin məlumatına əsasən, Hərbi təlimlərin qızğın mərhələsi bu gün səhər təlimlərdə iştirak edən bölmələrin fəaliyyəti ilə başlanıb. Hərbi təlimlərin bu etapında Sepah-ın xüsusi təyinatlı qüvvələri Mİ-17 vertolyotlarından bəhrələnməklə hava-desant əməliyyatı keçiriblər. Onlar desant qüvvələrini, öncədən təyin edilmiş bölgələrin üzərinə endirib, himayə yollarını kəsmək məqsədilə düşmənin qovşaq yolları və yüksəkliklərinin ələ keçirilməsini məşq ediblər.

Bu hərbi təlimlərdə ilk dəfə olaraq, qüvvələr və təchizatların hərəkəti məqsədilə çay üzərində qeyri-sabit körpünün quraşdırılması məşq olunub.

Sepah-ın quru qoşunlarının döyüş PUA-ları da xəyali düşmənin Araz bölgəsindəki mövqelərini uğurla məhv ediblər.

Sepah-ın quru qoşunlarının iqtisadi müstəqillik cihadı tərəfindən dizayn və istehsal edilmiş sözügedən pilotsuzlar güclü hərbi başlıqlarla təchiz olunublar. Bu PUA-lar süni intellektdən bəhrələnməklə düşmənin müxtəlif mövqe və istehkamlarını məhv etməyə qadirdirlər.

General Pakpur: Bu hərbi təlimlərin qonşu ölkələrə mesajı, sülh, dostluq və stabil təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlərə mesajı isə Sepah-ın quru qoşunlarının digər silahlı qüvvələrin kənarında ölkə sərhədlərini müdafiə etməsi və hər hansı təhdidə qarşı qətiyyətli cavab verməsidir.

Sepah-ın quru qoşunlarının hərbi təlimləri «Qüdrətli İran!» şüarı ilə oktyabrın on yeddisində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general pasdar Hüseyn Səlaminin iştirakı ilə İranın Şərqi Azərbaycan və Ərdəbil vilayətlərinin şimalında- Araz ümumi məntəqəsində başlanıb.