Okt 24, 2022 13:02 Asia/Baku
  • General Baqiri: Hesabımdakı pulla qışda vətəndaşlarınıza kömür alın!

İran Silahlı Qüvvələrinin baş Qərargah rəisi Məhəmməd Baqiri son günlərdə guya “Rusiyaya silah satmaq” və guya “ölkədəki etirazları yatırtmaq”la bağlı ABŞ və Avropadan elan edilən sanksiyalara münasibət bildirib.

General Məhəmməd Baqiri  təklif edib ki, dondurulmuş hesablardan əldə edilmiş pulla Avropa öz vətəndaşlarının qışda qızınması üçün kömür alsın.

İranlı general deyib: “Avropaya bir humanist təklifim var. Mən bu gündən sizə vəkillik verib bildiririəm ki, tətbiq etdiyiniz sanksiyalara əsasən ordu başçısı Məhəmməd Hüseyn Baqirinin dünyanın istənilən yerində olan hesablarını tapıb üzə çıxarın və orada olan pullarla vətəndaşlarınıza kömür alın. Çünki qarşıda sizi çətin qış gözləyir.”

Cənab Baqiri əlavə edib: “Əslində elə avropalıların özləri, ərbabları ABŞ-ın dalana dirənmiş yolunu getməklə özlərinə sanksiya tətbiq etmiş olurlar”.

Teqlər