Kəffaş: Hərbi təlimlər ölkənin çəkindirmə gücünün təminatçısıdır
https://azeri.sahartv.ir/news/İran-i394389-kəffaş_hərbi_təlimlər_ölkənin_çəkindirmə_gücünün_təminatçısıdır
İranlı bir ekspert bəyan edib ki, hərbi təlimlər ölkənin çəkindirmə gücünün təminatçısıdır və Qafqazda təhlükəsizlik və sülhün bərqərar olması İranın məqsədlərindən biridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2022 09:59 Asia/Baku
  • Kəffaş: Hərbi təlimlər ölkənin çəkindirmə gücünün təminatçısıdır

İranlı bir ekspert bəyan edib ki, hərbi təlimlər ölkənin çəkindirmə gücünün təminatçısıdır və Qafqazda təhlükəsizlik və sülhün bərqərar olması İranın məqsədlərindən biridir.

Qafqaz məsələləri üzrə ekspert Məhəmmədrza Kəffaş “Səbəlane-Ma” saytına açıqlamasında Qafqaz bölgəsinin İran İslam Respublikası üçün müxtəlif aspektlərdən əhəmiyyətini izah edərək deyib: “İran regionun tarazlığında, o cümlədən regionda müxtəlif aspektlərdə sabitliyin, təhlükəsizliyin bərqərar edilməsi və güc balansının qorunmasında mühüm və effektiv rol oynayır. Çünki ölkəmiz şimal-qərb regionunun sərhədləri vasitəsilə Qafqazın mühüm geosiyasi regionu və iki qonşu ölkə ilə həmsərhəddir.”

Ekspert sonra deyib: “Regionda münaqişə və böhranların həlli üçün regiondan kənar aktyorların, xüsusilə sionist rejimin cəlb edilməsini zərərli və qeyri-konstruktiv hesab edir və bunu məsələləri uzatmaq və mürəkkəbləşdirmək amili sayır.”

Onun sözlərinə görə, bəzi qruplar sionistlərin dəstəyi ilə bölgədə sülh və sabitlik görmək istəmirlər. Buna görə də onlar istənilən yolla regionda müharibə və böhran şəraitini saxlamağa çalışırlar.

İranın Astaraçaydan Bazarqana qədər Azərbaycan və Ermənistanla həmsərhəd olduğunu bildirən ekspert bu iki ölkənin Qarabağ bölgəsi ilə bağlı fikir ayrılıqlarına görə tarixlərinin ən həssas dövrünü yaşadığını deyib.

M. Kəffaş təhlilinin digər hissəsində İran İslam Respublikasının Azərbaycan Respublikası qarşısındakı bəzi xidmətlərini açıqlayaraq deyib: “Birinci Qarabağ müharibəsində İran Azərbaycan hökumətinin xahişi ilə bu ölkəyə çoxlu həyati əhəmiyyətli yardımlar göstərdi. Silah yardımı, hərbi müşavirlərin göndərilməsi, Azərbaycan Respublikası döyüşçülərinə hərbi təlim keçmək və azərbaycanlı qaçqınlar və köçkünlər üçün düşərgələrin yaradılması İranın dəyərli fəaliyyətlərinin yalnız bir hissəsidir.”

Kəffaş həmçinin İranın beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasına və onun məzlum xalqına siyasi və diplomatik dəstəyinə işarə edərək deyib ki, İran İslam Respublikası BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş rayonlarının azad edilməsi istiqamətində 5 qətnaməsini müşayiət edib, işğal altında olan bütün ərazilərin azad edilməsinin zəruriliyini həmişə vurğulayıb. İranın bu prinsipial siyasəti İnqilabın Ali Rəhbərinin iki il əvvəl rəbiül-əvvəl ayının 17-də verdiyi bəyanatlarda aydın şəkildə əksini tapıb.

O, anti-İran dairələrinin iddialarına, İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə yaranan hadisələrə və gərginliyə toxunaraq deyib ki, tamahkarlıq və iddialar bütövlükdə mövcud gərginliyin səviyyəsini artırır və İran İslam Respublikasının təhlükəsizliyinə təsir göstərib.