İran Ordusunun Quru Qoşunları şimal-qərbdə təlim keçirir
Okt 24, 2022 16:30 Asia/Baku
İran İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunlarının şimal-qərb regional qərargahı bəyanat yayaraq, ölkənin şimal-qərbində Qərbi Azərbaycan vilayətində təlim keçirdiyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İran Ordusunun Şimal-Qərb qərargahının ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ordunun Quru Qoşunlarının 164-cü Mobil Hücum Briqadasının hərbi təlimləri, təlim bölmələrinin gecə əməliyyatlarına döyüş hazırlığının artırılması məqsədilə Pəsvə və Piranşəhr şəhərlərinin ümumi ərazisində oktyabrın 22-dən başlayıb.
Təlim Nəqədə və Piranşəhr şəhərlərində keçirilməkdədir.
Teqlər