Çoxqütblü dünya prosesi dayanmayacaq
https://azeri.sahartv.ir/news/İran-i394456-Çoxqütblü_dünya_prosesi_dayanmayacaq
İran İslam Respublikasının prezidenti vurğulayıb ki, çoxqütblü dünya prosesinin zühur etməsi dayanmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2022 15:37 Asia/Baku
  • Çoxqütblü dünya prosesi dayanmayacaq

İran İslam Respublikasının prezidenti vurğulayıb ki, çoxqütblü dünya prosesinin zühur etməsi dayanmayacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Sputnik informasiya agentliyinə müsahibə verən Seyid İbrahim Rəisi deyib: Yalnız Qərb ölkələri çoxqütblü dünyanın təşkili ilə müxalifətlərini davam etdirirlər, hərçənd bu gedişatı durdurmaq olmaz.

Rəisi əlavə edib: Qərb dünyasından kənarda xeyli sayda güc mərkəzi mövcuddur. Bu dünya Şanxay Əməkdaşlıq Təşkilatı kimi regional təşkilatlar yolu ilə formalaşacaq.

Rəisi sonra belə qeyd edib: Amerikanın ölkələrə qarşı sanksiyalar tətbiq etmək üzrə planı uğursuz qalıb. Eyni zamanda, Amerika indinin özündə dərk edibdir ki, sanksiyalar daha, kəsərli deyillər. Buna görə, onlar başqa üsullardan istifadəyə başlayıblar.

Ölkə prezidenti qeyd edibdir ki, kiber terrorizmi hazırda əsas bəladır.

Rəisi bildiribdir ki, Amerika İranda iğtişaşları təşkil etsə də, bu sahədə hesablama yanlışlığına düçar olubdur.