İran XİN AB-nin bəzi şəxs və orqanlarını sanksiya edib
İran Xarici İşlər Nazirliyi terror qruplarına və terrorizmə qəsdən dəstək verdiyi üçün səkkiz avropalı orqana və on iki avropalı şəxsə qarşı sanksiya tətbiq edib.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İran xalqına qarşı insan hüquqlarının pozulması və terror hərəkətlərinə,/ zorakılıq və iğtişaşa bais olmuş nifrətyayma, zorakılıq və terrorçuluğa təhriketmə və ona rəvacvermə, terror qruplarına və terrorizmə qəsdən dəstəkvermə səbəbindən, Avropa Birliyi hövzəsindəki şəxs və orqanları, əlaqədar mərkəzlərin qərarlarına əsasən, cavab tədbiri olaraq, sanksiya edib.
Üzdəniraq "Azad İranın dostları" qrupu və onun Avropa parlamentindəki üzvləri, "Ədalət axtarışı beynəlxalq komitəsi" və onun üzvləri, "Bombaya dur!" təşkilatı, Almaniyanın "Döyçe Vele" kanalının farsca bölməsi, Fransanın RFI kanalının farsca bölməsi, İrqçilik və Antisemitizmə Qarşı Fransa Beynəlxalq Liqası, Səddam Hüseyn rejiminə kimyəvi silah təhvil vermiş Almaniyanın "Karl Kolb" şirkəti və Səddam Hüseyn rejiminə kimyəvi qazlar təhvil vermiş Almaniyanın "Reyn Bayern Fahrzegbau" şirkəti, İran tərəfindən sanksiya edilmiş qurumlardır.