İran İraqın hökuməti və xalqına başsağlığı verib
https://azeri.sahartv.ir/news/İran-i394567-İran_İraqın_hökuməti_və_xalqına_başsağlığı_verib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bir mesajda Bağdadda yanacaq tankerinin partlaması hadisəsində bir qrup İraq vətəndaşının həyatını itirməsi və yaralanması münasibətilə bu ölkənin hökuməti və xalqına başsağlığı verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2022 17:05 Asia/Baku
  • İran İraqın hökuməti və xalqına başsağlığı verib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bir mesajda Bağdadda yanacaq tankerinin partlaması hadisəsində bir qrup İraq vətəndaşının həyatını itirməsi və yaralanması münasibətilə bu ölkənin hökuməti və xalqına başsağlığı verib.

SəhərAzəri-nin məlumatına əsasən, Bağdadın şərqində- Əlbənuk məhəlləsindəki bir qəhəxananın yaxınlığında yerləşən qarajda park edilmiş tanker naməlum səbəbdən partlayıb.

Maye qaz daşıyan tankerin partlaması nəticəsində həyatını itirənlərin sayı iyirmi nəfərə çatıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin bu kədərli hadisə qurbanlarının ailələrinin kədəri ilə bölüşüb və yaralılara təcili şəfa diləyibdir.