Həyəcan üzündən meydana gəlmiş şəxslər şəfqətlə üzləşəcəklər
-
Məsud Şitayişi
İran məhkəmə hakimiyyətinin sözçüsü Əlaləm telekanalı ilə müsahibədə son həftələr baş verən iğtişaşlarda həbs olunmuş şəxslərin mühakimələri haqda deyibdir ki, həyəcan üzündən meydana gəlmiş şəxslər şəfqətlə üzləşəcəklər.
SəhərAzəri-nin məlumatına əsasən, İran məhkəmə hakimiyyətinin sözçüsü və ölkənin ali məhkəmə sədrinin köməkçisi Məsud Şitayişi İran İslam Respublikasının əsas qanununun etirazı rəsmi şəkildə tanıdığını bildirib və vurğulayıb: Biz etirazı qəbul edirik, lakin iğtişaşa heç bir vəchlə dözməyəcəyik.
Yalanlar yaymaq və təşviş yaratmaqla insanların təhrik edilməsinə bais olan kəslər cəzalandırılacaqlar- deyən Sitayişi qeyd edibdir ki, kobud cinayətlər törətmiş şəxslərə heç bir güzəşt edilməyəcək.
İranın məhkəmə hakimiyyətinin sözçüsü həyəcan üzündən meydana gələn və cinayətkarcasına niyyəti olmayan şəxslər barədə deyibdir ki, onlar şəfqətə şamil olacaqlar.
Ölkənin ali məhkəmə sədrinin köməkçisi bildirib ki, xəsarət alanlar səlahiyyətli məhkəmə orqanlarına şikayət ərizəsi təqdim edə bilərlər. Qeyd edib ki, müsahibə anınadək iğtişaşçılar barədə heç bir hökm qətiləşməyibdir.
Məsud Sitayişi son çaxnaşmaların mənşəyini qərəzli əcnəbi medialar adlandırıb və deyibdir ki, bu medialar təşviq, təhrik və həcəyanyaratmaya əl atıblar.