13 aban, Amerikanın məğlubiyyətinin təcəssümüdür
https://azeri.sahartv.ir/news/İran-i394669-13_aban_amerikanın_məğlubiyyətinin_təcəssümüdür
İslam İnqilabının Böyük Rəhbəri bir qrup məktəbli ilə görüşdə vurğulayıblar ki, on üç aban, Amerikanın şər işləri, həmçinin zərbə alması və məğlubiyyətinin təcəssümüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2022 13:01 Asia/Baku
  • 13 aban, Amerikanın məğlubiyyətinin təcəssümüdür

İslam İnqilabının Böyük Rəhbəri bir qrup məktəbli ilə görüşdə vurğulayıblar ki, on üç aban, Amerikanın şər işləri, həmçinin zərbə alması və məğlubiyyətinin təcəssümüdür.

SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün on üç aban- məktəbli və imperializmlə milli mübarizə günləri ərəfəsində bir qrup məktəbli ilə görüşdə buyurublar: On üç aban, tarixi bir gündür- həm tarixidir, həm də təcrübə toplama və təcrübə öyrənmə günüdür.

O həzrət vurğulayıblar: On üç aban tarixidir, yəni bu gündə tarixdə qalan hadisələr baş verib. Bu hadisələr unudulası deyil- unudulmamalıdır da.

İslam İnqilabının Böyük Rəhbəri sonra belə qeyd ediblər: Təcrübə öyrədəndir, çünki məhz bu hadisələrə görə, reaksiyalar meydana çıxıbdır ki, həmin reaksiyalar bizim üçün, ölkənin gələcəyi üçün, sizin gələcəyiniz üçün, xalqınızın gələcəyi üçün bir dərsdir.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Bəziləri Amerikanın toxunulmaz bir güc olduğunu xəyal etsələr də, bu günün hadisələrinə nəzər salsaq, məlum olacaqdır ki, yox, Amerika tamamilə zərbəyə kövrəkdir.