İranın razılığı olmadan heç bir tənlik regionda reallaşmayacaq
https://azeri.sahartv.ir/news/İran-i394746-İranın_razılığı_olmadan_heç_bir_tənlik_regionda_reallaşmayacaq
İranın böyük xalqı öz əzəmətli inqilabı ilə istibdad və müstəmləkəçiliklə mübarizəni iş gündəminə daxil edib. Bunu, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2022 15:29 Asia/Baku
  • İranın razılığı olmadan heç bir tənlik regionda reallaşmayacaq

İranın böyük xalqı öz əzəmətli inqilabı ilə istibdad və müstəmləkəçiliklə mübarizəni iş gündəminə daxil edib. Bunu, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi bildirib.

Bu gün, on üç aban, “Dünya imperializmi ilə mübarizə” adlı milli gündə İran İslam Respublikasının prezidenti həmin gün münasibətilə Tehranda keçirilən əzəmətli xalq toplantısında çıxış edib.

Bu gün dünya imperializminin simvolunun Amerikaya hakim kəsilmiş hegemonçuluq sisteminin olduğunu bəyan edən Seyid İbrahim Rəisi deyib: Amerika bu gün yaxşı bilir ki, İranın regionda nüfuzu var və İranın razılığı olmadan heç bir tənlik regionda həyata keçməyəcək.

Amerika müharibələrdə və qan axıdılmalarında birinci rola malikdir və öz mənafeyini təmin etmək üçün xalqların mənafelərini məhv edir- deyə İran İslam Respublikasının prezidenti bildirib.

Rəisi Baydenin İrandakı iğtişaşlara dəstək istiqamətindəki ifadələrini də cavablandırıb: Amerika prezidenti deyib ki; biz İranı azad etmək qəsdindəyik, amma İran qırx üç əvvəl azad olub və sizin əsirliyinizə keçməyəcək və biz heç vaxt sizin üçün mənfəət mənbəyi olmayacağıq.

Imperializm və hegemonçuluq əhval-ruhiyyəsi xalqın sözü və rəyi ilə uyğunlaşmaq istəmir- deyən İran prezidenti vurğulayıb: İranın gücü təkcə raket gücü və hərbi gücdə deyil- bizim gücümüz, xalqın on üç aban günündə bütün İslami İrandakı milyonluq iştirakındadır.