Sionist rejim İranın raket gücündən qorxuya düşüb
https://azeri.sahartv.ir/news/İran-i394793-sionist_rejim_İranın_raket_gücündən_qorxuya_düşüb
Sionist rejim başçıları İranın yüksək raket qabiliyyəti və “Qaim-100” peykdaşıyıcısını kosmosa göndərməsindən nigarançılıq ifadə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2022 13:24 Asia/Baku
  • Sionist rejim İranın raket gücündən qorxuya düşüb

Sionist rejim başçıları İranın yüksək raket qabiliyyəti və “Qaim-100” peykdaşıyıcısını kosmosa göndərməsindən nigarançılıq ifadə ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Şənbə günü İslam İnqilabı Keşikçiləri Korpusunun hava-kosmos qüvvələrinin komandanı briqada generalı-pasdar Əmir Əli Hacızadə və silahlı qüvvələrin məsul şəxslərindən bir qrupunun iştirakı ilə bərk yanacaqla işləyən “Qaim-100” peykdaşıyıcısında “Rafe” tipli birinci etap mühərrikinin suborbital uçuş sınağı uğurla həyata keçirilib.

Sionist rejim mediaları bu gün etiraf ediblər ki, bu rejimin başçıları “Qaim-100” peykdaşıyıcısının kosmosa göndərməsini İran İslam Respublikasının qüdrət nümayişi hesab edir və bu məsələdən son dərəcə narahatdırlar.

Bərk yanacaqla işləyən “Qaim-100” peykdaşıyıcısı bu yanacaq üzrə üç etapla səksən kiloluq peykləri yerdən beş yüz kilometrlik səviyyədə yerləşən orbitdə yerləşdirməyə qadir olacaq.